Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatından bir il ötür.

19 sentyabr 2024 | 15:44

Sentyabr ayının 20-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri Mingəçevir Şəhidlər Xiyabanına gedərək 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə baş vermiş antiterror əməliyyatlarında həlak olan şəhidlərin məzarlarını ziyarət edərək ehtiramlarını bildiriblər. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, dualar oxunub, Allahdan rəhmət dilənib. Antiterror əməliyyatları zamanı Mingəçevir 5 şəhid verib. Baş leytenant Ruslan Əbülfət oğlu Abbasov, Xəyal Xeyrulla oğlu Canbaxışov, Gökhan İlqar oğlu Səfərov, Cavid Ceyhun oğlu Əliyev, Cahangir Qurban oğlu Tağızadə. Allah rəhmət eləsin.

XX əsrin sonlarında erməni separatçılarının məkrli siyasəti nəticəsində Azərbaycanın işğal olunan əraziləri 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin şücaəti ilə azad olunduqdan sonra dövlətimiz böyük Zəfər tarixini qeyd edir. 2023-cü ildə sentyabr ayının 19-20-də işğal altında qalan digər ərazilərimizdə keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu, dövlətimizin suverenliyi bərpa olundu. Vətənimizin bütövlüyü uğrunda canından keçən hər bir şəhidin xatirəsi əziz tutulur, məzarları ziyarət olunur, çünki, onlar canları, qanları ilə tariximizin şanlı səhifəsini yaradıblar.

Keçidlər