“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14 iyun 2023-cü il tarixli 2186 nömrəli Fərmanın icrası ilə bağlı müşavirə keçirilmişdir
04 iyul 2023 | 15:15
Mingəçevir şəhər İcra Hakimiyyətində “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə 14 iyun 2023-cü il tarixli 2186 nömrəli Fərmanın icrası ilə bağlı müşavirə keçirilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müşavirədə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə 14 iyun 2023-cü il tarixli 2186 nömrəli Fərman imzalanmış və həmin Fərmanın icrasından irəli gələn məsələləri həll etmək üçün Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı tərəfindən “Şəhərsalma nəzarətinin həyata keçirilməsi məqsədilə ərazi bölgüsünün müəyyən edilməsi və məsul şəxslərin təyin olunması haqqında” Sərəncam imzalanmışdır. Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinin baş məsləhətçisi Könül Həmzəyeva bildirmişdir ki, şəhər İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən Mingəçevir şəhəri ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının vaxtında aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün şəhər ərazisi 6 nəzarət sahələrinə bölünmüş və hər bir sahə üzrə məsul şəxslər təyin olunmuşdur. Təyin olunmuş məsul şəxslər yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı qanunsuzluq aşklar edildiyi halda tikinti işlərinin dayandırılması barədə vətəndaşlara xəbərdarlıq etməli və daha sonra məlumatları icra hakimiyyətinin müvafiq şöbələrinə bildirməlidirlər. Sərəncama əsasən qanunsuz tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumatlandırılmalı və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməlidir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müşavirənin yekununda çıxış edərək qeyd etmişdir ki, sərəncamda nəzərdə tutulan ərazi bölgüsü üzrə məsul şəxslər yerlərdə gündəlik monitorinq aparmalı,qanunsuz tikililəri aşkar etməli və bu barədə qeyd olunan Fərman və Sərəncama uyğun lazımı tədbirləri həyata keçirməlidirlər. Müşavirədə İcra Hakimiyyətinin məsul işçiləri ,1 və 2 nömrəli SİƏD-in nümayəndələrinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Mənzil Təsərrüfatı Abadlaşdıma İdarəsinin, Mənzil Kommunal Təsərrüfatı Kombinatının və digər əlaqədar qurumların rəhbərləri , mətbuat işçiləri iştirak etmişlər.