Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Mingəçevir bölməsinin hesabat seçki konfransı keçirilib

02 iyul 2024 | 17:48

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramla yad ediblər. Mingəçevir Dövlət Universitetində keçirilən konfransda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov , Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti , millət vəkili Novruz Aslan , QAC-ın Regional Mərkəzinin koordinatoru Aydın Nəsibov , digər rəsmi şəxslər və çox sayda dəvətli qonaqlar iştirak edib.

Tədbirin əvvəlində Dövlət Himni səslındirilib, ardınca şəhidlərin xatirəsi sükutla yad edilib. Konfransda hesabat nitqi ilə çıxış edən cəmiyyətin Mingəçevir bölməsinin sədri Nəriman İsmayılov Azərbaycan QAC-ın və Mingəçevir bölməsinin keçdiyi tarixi yola nəzər salaraq əldə edilən uğurlardan danışıb. Qeyd edib ki, məqsədyönlü fəaliyyət nəticəsində bölmə üzvlərinin sayı 1500-ə , könüllülərin sayı isə 100 nəfərə çatıb. Daha sonra Dilguşə Ahəngari Maliyyə -Təftiş Komissiyasının hesabatı ilə çıxış edib. Ardınca çlxış edən bir qrup konfrans iştirakçısı ümumən hesabat materiallarını və bölmənin fəaliyyətini dəyərləndirib. Hər kəs bölmənin fəaliyyətini uğurlu olaraq dəyərləndirib. 

Bundan sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan çıxış edərək düşüncələrini paylaşıb. 

Tədbirdə QAC-ın yerli bölməsinə yeni dönəm üçün sədr seçilib. İştirakçıların yekdil qərarı ilə Nəriman İsmayılov yenidən cəmiyyətin Mingəçevir bölməsinin sədri seçilib. Eyni zamanda seçki ilə İdarə Heyəti və Maliyyə-Təftiş Komissiyası müəyyən olunub. Konfransın sonunda Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində yüksək fəallıq nümayiş etdirən bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub. İcra Hakimiyyəti başçıısı İlham İsmayılov isə cəmiyyətin prezidenti Novruz Aslan tərəfindən QAC-ın yubiley medalı ilə mükafatlandılıb

Keçidlər