Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Qadınlarının VI Qurultayı”nda iştirak etmək üçün nümayəndələrin seçilməsi ilə bağlı Mingəçevir qadınlarının iclası keçirilib.

04 oktyabr 2023 | 11:01

 İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla anıblar. Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhərin idarə və müəssisələrini təmsil edən qadınları salamlayan şəhər İcra Hakimiyyətinin başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Tərlan Əliyeva çıxış edərək bildirib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə Ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə, onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalayıb. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştirakına marağı artmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya, idman sahələrini əhatə edir. Bu toplantının keçirilməsində əsas məqsədimiz Mingəçevir qadınlarını narahat edən, düşündürən problemələrin öyrənilməsidir.

Sonra fikir və təkliflər söylənilib. Qadınlar əsasən işsizlik probleminin mövcudluğundan danışıblar. Sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, qadınlar üçün peşə yönümlü kursların yaradılması və sahəsinin genişləndirilməsi, pensiya yaşının azaldılması, məişət zorakılığına məruz qalanlar üçün sığınacaqların tikilməsi, şəhid ailəsi statusuna yenidən baxılması, ali və orta ixtisas təhsil ocaqlarının məzunları olan, eyni zamanda orta təhsilli gənc qızların müvafiq işlə təmin olunması və bu kimi digər təkliflər dilə gətirildi.

İclas bu yaxınlarda Bakı şəhərində keçiriləcək Azərbaycan Qadınlarının VI qurultayına nümayəndələrin seçilməsi ilə davam etdi. Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tərlan Əliyeva və həkim, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər şöbəsinin qadınlar cəmiyyətinin sədri olmuş Nurcamal Əsgərova qurultaya nümayəndə seçildilər.

Keçidlər