Azərbaycan Ordusunun yaranmasının 107 illiyi qeyd olundu
30 iyun 2025 | 15:07
İyunun 26-da Mingəçevir şəhərindəki N saylı hərbi hissədə Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaranmasının 107 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, hərbçilərin, şəhər rəsmilərinin, müharibə və əmək veteranlarının, şəhid ailələrinin üzvlərinin, qazilərin, ictimaiyyət və mətbuat nümayəndələrinin, iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə hərbi hissənin komandiri, “Vətən Müharibəsi Qəhrəmanı”, polkovnik Elnur Qebedov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Zaqatala Hərbi Prokuroru, ədliyyə polkovniki Emin Quliyev, əsgər İbrahim Məmmədov, şəhid anaları Nəhayət Həsənova, İranə Həsənova çıxış edərək əziz bayram münasibəti ilə təbriklərini çatdırıblar.
Tədbirdə bir qrub hərbi qulluqçunun yüksək rütbələrlə təltif olunduğu qeyd olunub, bir qrup hərbçiyə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı tərəfindın xatirə hədiyyələri təqdim olunub. Hərbçilərin hərbi marşı izlənilib.