Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması mövzusunda tədbirlər keçirilmişdir.
08 aprel 2026 | 10:23
06 aprel 2026-cı il tarixində Mingəçevir şəhər İcra Hakimiyyətində “Dövlət idarəçiliyində, mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi” ilə bağlı tədbirlər keçirilmişdir.
Tədbirlərdə ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açılıb, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğu bildirilir.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.