Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 26-da Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

26 aprel 2025 | 12:16

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparat əməkdaşları, YAP şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin rəhbərləri və üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Samux küçəsində keçirilən tədbir öncəsi çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 ili, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibəti ilə ölkə Prezidenti İlham Əliyev 28 dekabr 2024-cü il tarixində 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. “Konstitusiya və Suverenlik ili” ilə bağlı Tədbirlər Planı”nına müvafiq olaraq Mingəçevir şəhər İcra Hakimiyyətində Təşkilat Komitəsi yaradılmış və Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına əsasən şəhərimizin idarə və müəssisələrində konfranslar, forumlar, dəyirmi masalar, seminarlar, müsabiqələr, ağacəkmə aksiyaları, müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir. Ağacəkmə aksiyalarının keçirilməsi həm də də şəhərimizin yaşıllıq zolaqlarının genişləndirilməsinə bir töhfədir. Sonra iştirakçlar ərazidə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçilərinin əvvəlcədən hazırladıqları çalalara 200 ədəd küknar, şam və sərv ağaclarının tinglərini əkərək suvarma işi aparıblar. Qeyd edək ki, həftə ərzində keçirilən ağacəkmə aksiyası zamanı Samux küçəsində, Heydər Əliyev prospektində, 20 Yanvar küçəsində, Dostluq parkında, Zəfər parkında, Heydər Əliyev Meydanında, Sahil parkında və bir çox ərazilərdəki yaşıllıq zolaqlarına 600 ədəd həmişəyaşıl ağac tingi və 3000 ədəd mövsümi gül kolları əkilib.

Keçidlər