Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri zamanı həlak olan şəhid Teymur Qasımovun ailəsi ziyarət olunub.

09 aprel 2026 | 15:26

Aprelin 9-da Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə aparatın əməkdaşlarının, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Hərbi komissarın, şəhidin döyüş yoldaşlarının, mətbuat nümayəndələrinin iştirakı ilə Aprel döyüşləri zamanı həlak olan şəhid Teymur Qasımovun ailəsi ziyarət olunub.

Şəhər rəhbəri İlham İsmayılov Teymur Qasımova, Aprel şəhidlərinə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək, şəhid ailələrinə səbir arzulayıb. İlham İsmayılov qeyd edib ki, şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur və təbii ki, bu cənab Prezidentimizin tapşırığıdır. Mingəçevirdən olan 4 Aprel şəhidinin ailəsinin mənzil problemləri öz həllini tapıb. İki ailəyə yeni mənzil verilib, iki ailəyə isə yeni mənzil inşa olunub və hər bir ailəyə öz evlərində sağlıqla, şad günlərlə yaşamağı diləyirik.

Görüşdə şəhidin döyüş yoldaşları, qonaqlar Aprel döyüşləri, Vətən müharibəsi ilə bağlı xatirələrini, xalq birliyinin, vəhdətinin qalib gəldiyini fərəhlə bildiriblər.

Şəhid Teymur Qasımovun anası Gülnarə Qasımova göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əlityevə, şəhər rəhbərliyinə minnətdarlığını ifadə edərək bir oğlunun Vətən uğrunda həlak olduğunu, ikinci oğlunun isə torpaqlarımızın keşiyində sədaqətlə xidmət etdiyini qürurla bildirib.

Görüş zamanı şəhidin ailəsinə İcra Hakimiyyətinin adından ərzaq bağlaması verilib.

Qeyd edək ki, Mingəçevirin digər Aprel şəhidləri Adil Adilzadənin, Rüstəm Əhmədovun və Rahim Tağıyevin də ailələri ziyarət olunacaqdır.

Keçidlər