Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror Tədbirlərində Yaralanan Əsgərlər Evlərində Ziyarət Olundu

10 noyabr 2023 | 18:46

10.11.2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,aparatın məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbə rəisi Rövşən Məmmədov 19-20 sentyabr tarixlərdə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı zamanı yaralanan Azərbaycan Ordusunun əsgərlərini Zəfər bayramı münasibəti ilə evində ziyarət ediblər . Ziyarət zamanı icra başçısı yaralı əsgərləri Zəfər bayramı münasibəti ilə onları və ailələrini təbrik edib, əsgərlərin müalicəsi, gündəlik qayğı və problemləri ilə maraqlanıb. Yaralı hərbçilərimizin ailələri ilə söhbətdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı qələbədən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb. Bildirilib ki, bu il sentyabrın 19-dan Azərbaycanın başlatdığı lokal xarakterli antiterror tədbirləri zamanı 24 saat ərzində düşmənə elə zərbə endirildi ki, onlar hələ də həmin zərbədən özlərinə gələ bilməyiblər. “Dəmir yumruq” növbəti dəfə düşmənə öz gücünü göstərdi. Əməliyyatlarda tam üstünlük əldə edən ordumuz ermənilərə endirdiyi sarsıdıcı zərbələrlə onları bir sutka ərzində təslim olmağa vadar etdi. Vətən savaşında olduğu kimi, lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə Azərbaycan ikinci dəfə dünya hərb tarixinə öz adını yazdırdı. Qeyd edək ki,lokal xarakterli antiterror zamanı Mingəçevirdən 8 hərbiçi yaralanmışdır. Hazırda onların müalicələri davam edir. Yaralı əsgərlərin ailələrinə şəhər İcra Hakimiyyəti tərəfindən bayram sovqatl verilmişdir.

Keçidlər