Şriftin ölçüsü :

Saytın rəngi :

Akif Əhməd oğlu Mirabov

17 noyabr 2025 | 15:57

Akif Əhməd oğlu Mirabov Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının Əməkdar artisti, Mingəçevir Dövlət Dram Teatrının tanınmış aktyoru, Azərbaycanın Milli Qəhrəmanı Rəşad Mirabovun atası Akif Mirabov 2025-ci il noyabrın 15-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Akif Əhməd oğlu Mirabov 1947-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olub. 1965-ci ildə Xalq teatrında, 1968-ci ildə isə Mingəçevir Dövlət Dram teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. O, 1968-ci ildən 2017-ci ilədək teatrda aktyor işləyib.

Akif Mirabov Azərbaycan teatr sənətinin formalaşmasında, səhnə mədəniyyətinin inkişafında mühüm rolu olan aktyorlardan biri kimi yadda qalmış, müxtəlif dramaturqların əsərlərində yaratdığı obrazlarla tamaşaçı yaddaşına həkk olunmuşdur. O, şəhərin ictimai həyatında yaxından iştirak edib, verilən tapşırıqları layiqincə yerinə yetirib. Mingəçevirlilər Akif Mirabovu fəal ictimai xadim, sənətsevər insan, gənclərin hamisi kimi xatırlayırlar.

O, 2000-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına, 2013-cü ildə “Tərəqqi” medalına, 2019-cu ildə Prezidentin Fəxri diplomuna layiq görülüb, dəfələrlə fəxri fərmanlarla təltif olunub. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir və dözüm diləyirik.

Allah rəhmət eləsin.

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti

Keçidlər