Şriftin ölçüsü :
Saytın rəngi :
Aprelin 15-də Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar tədbir keçirilib. YAP şəhər təşkilatının akt zalında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Zərifə xanım Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP şəhər təşkilatının sədri sədri Bəxtiyar Mustafayev, Mərkəzi Şəhər Xəstəxanası PHŞ direktoru Ülfət Qurbanov, YAP şəhər təşkilatının fəalı Nurcamal Əsgərova, Psixonevroloji dispanserin baş həkimi Şəmsinur Hüseynova çıxış edərək Zərifə xanımın tibb elminə verdiyi töhfələrdən, respublikanın həyatında göstərdiyi ictimai fəaliyyətindən söhbət açmışlar.