Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir.

26 avqust 2025 | 14:49

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” hazırlanmış və Azərbaycan Respublikasının Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramında əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulmuşdur. Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən 26 avqust 2025-ci il tarixində Sərəncamın Tədbirlər Planının 8.4.7-ci bəndinə əsasən Mingəçevir şəhərində yaşayan ahıl şəxslərin cəmiyyətə inteqrasiyası, cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakı, ictimai faydalı fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə olunması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə görüş keçirilmişdir. Görüşdə ahılların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olmalarından, onlara ehtiram göstərməyin yüksək insani keyfiyyət olmasından bəhs edilmişdir. Bununla yanaşı, yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək barədə, o cümlədən onların nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından zəruri xidmətlərindən söz açılmış, enyni zamanda onların problem və təklifləri dinlənilmişdir.

Keçidlər