Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlərlə növbəti səyyar görüşü oldu.
Novruz bayramı ərəfəsində, martın 17-də şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti görüşü Energetiklər yaşayış massivində baş tutdu. Görüşə əsasən Cəmil Əliyev küçəsindəki 5, 7, 9 nömrəli yaşayaş binalarının sakinləri dəvətli idilər. Buna baxmayaraq görüşə marağın çox olduğuna görə Energetiklər qəsəbəsində və şəhərin digər yaşayış massivlərində məskunlaşan sakinlər gəlmişdilər. Görüşü giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamlayaraq onları qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik etdi, hər kəsə xoşbəxt həyat, ruzu-bərəkət arzuladı. Diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına müvafiq olaraq sakinlərlə səyyari görüşlər hər həftə ardıcıllıqla davam etdiriləcək. Məqsəd sakinlərin problemlərini öyrənmək, onlara yerindəcə müvafiq köməkliklər göstərmək, diqqət və qayğılarına qalmaqdır. Elə bu baxımdan da sizinlə görüşdə daha çox sizi dinləmək, buraya dəvət olunan idarə, müəssisə, təşkilat rəhbərlərinə ünvanlanan sorğularınıza əməl etməkdir.
8 nömrəli tam orta məktəbə gəlmiş sakinlərdən Köçəri Əhmədov, Vəzir Əliyev, Həmid Minnətəliyev, Yunus Abdulov, Qurban Səmədov, Mübariz Qaçayev, Nemət Məhəmmədov, Çingiz Bağıyev, Ətraf Əliyev, İlqar Həsənov, Elşən Əliyev, Elgiz Məhərrəmov, Sahib Məmmədov, Ramiz Məmmədov, Namiq Əhmədzadə, Ulduz Seyidova, Coşqun Mütəllimov, Şahin Hacıyev, Adil İsmayılov və başqaıarı söz alaraq qarşılaşdıqları problem və çətinliklərdən bəhs etdilər, şəhər İcra Hakimiyyəti başçısının münasibətinə ehtiyac duyduqlarını bildirdilər. Müraciətlərin əsas məğzini yaşayış binalarının zirzəmilərində kanalizasiya sisteminin normal işləməməsi, məhəllələrdə işıqlanmanın zəifliyi, bəzi parklarda elektrik kabellərinin açıq şəkildə saxlanılması, xüsusi məhəllələrdə yaşayanların yollarının bərbadlığı, işsizlik probleminin olması, istilik sisteminin olmaması və s. məsələlər təşkil edirdi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri diqqətlə dinlədikdən sonra tədbirdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə yerindəcə konkret tapşırıqlar verdi. Sakinləri əmin etdi ki, qaldırılan hər bir məsələ qısa müddətdə öz həllini tapacaq.
Qeyd etmək yerinə düşər ki, Energetiklər yaşayış massivində keçirilən səyyari görüş qaldırılan məsələlərin həcminə və müraciətlərin say çoxluğuna görə diqqəti cəlb edən idi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sonda görüşə yekun vuraraq bütün iştirakçıları iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə bir daha təbrik etdi, onlara ən xoş arzularını bildirdi.