Mingəçevir Dövlət Universitetində "Novruz" bayramı şənliyi oldu.
Mingəçevir Dövlət Universitetində keçirilən Novruz şənliyi ümumşəhər tədbirindən dörd gün əvvəl baş tutdu. Martın 15-də Universitetin həyətinə toplaşan professor-müəllim, tələbə və texniki işçilər Novruz bayramının keçirilməsinə hazırlaşmışdılar. Həyətə düzülmüş masaların üzrərinə Novruz rəmzləri olan şəkərbura, paxlava, qoğal,noğul, səməni, badanbura, tort və çeşidli sayda şirniyyatlar düzülmüşdü.
Tədbirə universitetin ictimai nəzarət şürasının üzvləri də dəvətli idilər. Havanın xoş keçməsindən istifadə edərək tədbirin aparıcları ürək sözlərini ifadə edərək iştirakçılara bayram təbriklərini çatdırdılar. Universitetin rektoru Şahin Bayramov tədbirdə çıxış edərək koronavirus xəstəliyi ucbatından uzun müddət bir yerə toplaşaraq belə şənliklərin keçirilməsinin yasaq olunduğunu qeyd etdi ki, professor-müəllim heyətini, eləcə də tələbələri Novruz bayramının açıq havada kollektiv şəkildə qeyd olunması münasibətilə təbrik etdi, hər bir universitet ailəsi üzvünə xoş arzularını çatdırdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun Qarabağ torpağında əldə etdiyi zəfər bu gün bizə belə şənliklərin keçirilməsinə imkan verir. Univeristet kollektivi olaraq yaranmış bütün imkanlara görə ölkə rəhbərinə dərin minnətdarlığımızı bildirirəm.
Tədbirdə tələbələrin ifasında maraqlı musiqi nömrələri ifa olundu, Keçəllə Kosanın məzhəkəli oyunlarına ayrıca yer verildi. Bayram ənənəsi olaraq tədbirdə yumurta döyüşmələrinə yer verildi. Novruz çərşəmbələri, ümumiyyətlə Novruzun gəlişi ilə əlaqədar xalq adət-ənənələrinin mövcutluğu haqqında iştirakçıalra ətraflı məlumat verildi. Musiqi sədaları altında rəqslər bir-birini əvəz etdi. Bir sözlə, Universitet kollektivinin təşkil etdiyi Novruz şənliyi xoşagələn və zövqlü idi. Belə bir şənlikdə iştirak etmək hamının ürəyincə oldu. Əziz dostlar, sizinlə şənlənmək bizim üçün də ürəkaçan oldu. Sağolun ki, belə bir şənlik təşkil etdiniz. Bayramınız mübarək!