Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oldu.

10 mart 2022 | 16:00

     Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşrığına uyğun olarq Mingəçevir şəhər İcra Hakimiyətinin başçısı İlham İsmayılovun sakinlərlər növbəti səyyar görüşü 7 nömrəli MİS-in ərazisində, N.Nərimanov və Ş.İ.Xətai küçələrinin kəsişdiyi ərazidə olub.  Şəhər icra hakimiyyətinin əməkdaşlarının, idarə və müəssisə rəhbərlərinin, məhəllə sakinlərinin, ictimaiyyət nümayəndələrinin, media nümayəndələrinin iştirak etdiyi görüşü açan Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamlayaraq ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq quruculuq işlərindən  danışdı. Qeyd olundu ki, 2020-ci ilin payız aylarında 44 günlük Vətən savaşında ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun cəsur əsgər və zabitləri 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edərək dünya dövlətlərinə dövlətimizin, xalqımızın gücünü, birliyini nümayiş etdirdilər. Dövlətimizin başçısının rəhbərliyi,  qətiyyəti ilə həyata keçirilən daxili və xarici siyasət insanların rahat və firavan yaşayışını təmin edir, Azərbaycanın dünyada  nüfuzunu artırır. Vətən müharibəsindəki qələbə milli iradənin, birliyin, vətənə olan sevgi və məhəbbətin təntənəsidir. Torpaqlarımız azad edildikdən sonra prezidentimiz dəfələrlə azad olunmuş ərazilərdə olub. Burada həyatın bərpa olunması üşün geniş quruculuq ilərinnə başlanılıb. Uzun illər yurdumuzun müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayan insanların doğma ata yurdlarna qayıtması üçün lazım olan hər cür şəraitin yaradılması, yaşayış evlərinin, təhsil, tərbiyə, səhiyyə, mədəniyyət ocaqlarının tikilməsi, digər infrastrutur layihələrin reallaşması, iş yerlərinin yaradılması üçün işlər sürətləndirilir. Bununıla yanaşı ölkəmizin bütün regionlarında abadlıq quruculuq işləri  aparılır.
     Şəhər rəhbəri bildirdi ki, ötən illər ərzində regipnların sosial iqtisadi inkişafı Dövlər Proqramı çərçivəsində Mingəçevirdə də davamlı olaraq əsaslı tiinti, quruculuq işləri reallaşıb. Belə ki, şəhərimizdəki çoxmənzilli yaşayış binalarının böyük əksəriyyətinin dam örtüyü yenilənib.  Bir sıra məhlələrdə əsaslı təmir  işləri görülüb, binaların fasad hissələri suvararaq rənglənib, ümumi istifadə sahələri, blokları təmir olunub, giriş qapısı qoyulub. Məhəllələrdə sakinlərin istirahəti, asudə vaxtının səmərəli olması üçün şərait yaradılır. Uşaq və gənclər üçün əyləncə və idman qurğuları quraşdırılır. Elektrik xətləri çəkilir, işıq dirəkləri qoyulur. Cari ilin əvvəllərindən yeni  quruculuq işlərinə start verilib. Prezidentimizin tapşırığına uyğun olaraq  vətəndaşların həyat tərzinin yaxşılaşdırılması üçün lazım olan bütün işlər diqqət mərkəzindədir.
     Sonra məhəllə sakinlərindən Ənvər Məsimov, Bəsti Bərdəli, Knyaz Qasımov, Aygün Tahirova  və başqaları mövcud problemlərdən söz açdılar. Şəhərdə istilik sisteminin olmaması, kanalizasiya sisteminin  yarıtmazlığı, zirzəmilərdən üfunət qoxusunun gəlməsi, dezinfeksiya tədbirlərinin görülməməsi narahatlıq doğuran məsələlərdəndir. Şəhər rəhbəri qaldırılan problemlərin həlli ilə bağlı müvafiq idarə rəhbərlərinə tapşırıqlar verərək sakinləri əmin etdi ki,  şəhərimizin gözəlləşməsi, insanların səmərəli istirahəti, sosial-rifah halının yaxşılaşdırılması üçün bütün tədbirlər görüləcək. 

Keçidlər