Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat naziri Mingəçevirdə vətəndaşları qəbul edib

24 oktyabr 2014 | 15:00

Nəqliyyat naziri Ziya Məmmədov Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərinin və Samux rayonunun sakinlərini, eləcə də Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünləri qəbul edərək onların müraciətlərini dinləyib.
   Nazir vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib, nəqliyyat sahəsində mövcud problemlərin araşdırılması və həll edilməsi üçün lazımi işlərin görüləcəyini bildirib.
     Müraciətlər əsasən yolların təmiri, körpülərin salınması, Bakı-Mingəçevir sərnişin qatarının fəaliyyətinin bərpa edilməsi və digər məsələlərlə bağlı olub. Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Keçidlər