Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində 2021-ci ildə planlaşdırılıb yerinə yetirilən və 2022-ci ildə görüləcək işlər barədə məlumat

26 fevral 2022 | 16:00

Mingəçevir şəhərində 2021-ci ildə planlaşdırılıb yerinə yetirilən və 2022-ci ildə planlaşdırılıb görüləcək işlər barədə məlumatlarla tanış olun.

1. 17 ədəd çoxmərtəbəli yaşayış binalarının (Xətai 7a,Xətai 22,  Nizami 23, Puşkin 20, 20 Yanvar 12, Ə.Vahid 4, N.Nərimanov 8, 9/29,  H.Əliyev 40, V.Abdullayev 2, 4, X.Əliyev 4, Y.Mənsurov 1, C.Əliyev 14, 18, 22, 26)   dam örtüyü, fasad və girişlərinin əsaslı təmiri 

2. Sahil parkının yamacına suvarma xəttinin çəkilməsi və qazon qoyulması  

3. Heydər Əliyev prospektindəki xiyabanlarının yenidən qurulması; 

 

4. Tarix muzeyinin qarşısındakı ərazidə  yenidənqurma işlərinin davam etdirilməsi;

5. Yeni salınmış  “Nizami” parkı,

6. Günəşli yaşayış massivinin 11 küçəsinin, İ.Qayıbov, Xətai, Z.Tağıyev,C.Məmmədquluzadə, M.Əzizbəyli, M.Rəhimov, V.Hüseynov küçələrinin  yol və səkiləri, Şəfəq, H.Hüseynov və dalanları, Ordubadi,  Babək küçələrinin yolu, Vaqif, Vidadi küçələrinin səkilərinin təmiri; 

7. Təmir edilmiş küçələrin (Ş.İ.Xətai, İ.Qayıbov, M.Rəhimov, S.Əsgərova, H.Zərdabi, Babək, V.Hüseynov, Z.Bünyadov, Şəfəq küçələri, Günəşli yaşayış massivində 11 küçəsi) və məhəllədaxili ərazilərin (Toxucular məhəlləsi, İ.Qayıbov, D.Əliyeva, N.Rəfibəyli, A.Qurbani, Puşkin, N.Nərimanov, Nizami, 20 Yanvar 6a, 8a, Sabir 6, H.Əliyev 41, 43, 49,51, Xətai, Y.Mənsurov, A.Şaiq, F.Əzimov, Natəvan küçələri s.) işıqlandırılması; 

8. Qərb giriş qapısının yenidən qurulması

9. Soyqırım abidəsinin əsaslı təmiri


10. 1941-1945 abidə kompleksində fəvvarənin yenidən qurulması.


11. Şəhərin  bir hissəsinə müxtəlif diametrli 6800 p/m suvarma xəttinin çəkilməsi 

 

2022-ci ildə yerinə yetiriləcək işlər:


1. Asfaltlanma işləri - Günəşli yaşayış massivinin 20  asfaltlanmayan küçəsi, A.Məmmədov, Kənar, Energetik, Yüksəliş, Naxçıvan küçəsinin Natəvan küçəsi ilə kəsişməsindən sona  qədər olan hissəsinin döngələrlə birgə, Z.Bünyadov ,Şəfəq küçəsinin M.Fərruxov küçəsilə kəsişməsinə kimi səki və bordyorların qoyulması,
2. Mənzil fondunun əsaslı təmiri üzrə 21 yaşayış binasının əsaslı təmiri (dam örtüklərinin, ümumi istifadə yerlərinin, fasadların  təmiri) və bu binaların yerləşdiyi  ərazilərdə ümumilikdə 4  nümunəvi məhəllənin yaradılması (söhbətgahların, oturacaqların qoyulması, uşaq-idman meydançalarının yaradılması, əraziyə suvarma xəttinin çəkilməsi, yaşıllıq  zolağının yenilənməsi, qazon vurulması və s.)
• Təbriz 11, 11a
• 20 Yanvar  19, 21, 23, 25
• 20 Yanvar 31, 33, 35/38, H.Əliyev 30, 36, N.Nərimanov 3, 5, 7,
• C.Əliyev 1, F.Əzimov 3, 3a, 7,Naxçıvan 46, 46a,48
Mənzil  Təmir və Abadlaşdırma İdarəsinə ayrılmış vəsaiti üzrə təmir olunacaq  16 yaşayış binası:
• N.Nərimanov 41, 43, 45, 49, 51, 53, Xətai 8, 10, 12, 14, 16, 14a, 14/1, 14/2, A.Məmmədov 3, N.Nərimanov 44
Mənzil Kommunal Təsərrüfatı Kombinatına  ayrılmış  vəsait üzrə 5 yaşayış binası::
• C.Əliyev 3, 3a, 13, 37/3,38/3

3. Sahil parkında, Dostluq parkında  fəvvarələrin təmiri
4. Suvarma xətlərinin çəkilməsinin  davam etdirilməsi, küçə xətləri olan yerlərdə məhəllədaxili suvarma xətlərinin çəkilməsi (magistral su xəttinin bir hissəsinin təmiri, Bayraq meydanından
Nəsimi parkına kimi, M.Maqomayev , Xətai, Nizami küçələri)
5. Şərq giriş qapısının ətrafının abadlaşdırılması
6. Nizami parkının davam etdirilməsi
7. Bayraq meydanı-Giriş qapısına kimi olan yaşıllıq zolağının abadlaşdırılması
8. H.Əliyev prospektinin Kür kompüter zavodu ilə Karxana yolu arasında  hər iki tərəfinin yaşıllıq zolağının abadlaşdırılması
9. H.Əliyev prospektindəki xiyabanın qalan hissələrinin yenidən abadlaşdırılması
 

Keçidlər