22 fevral 2022-ci il tarixində şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti onlayn iclası keçirildi.
22 fevral 2022-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir. İclasın gündəliyində 3 məsələ olduğu bildirildi və bu məsələlər ətrafında çıxışçılara söz verildi. Gündəlikdə duran 1-ci məsələ Mingəçevir şəhərinin 2021-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr, 2-ci məsələ .“ Şəhər Təsərrüfatı şöbəsinin 2021-ci ildə fəaliyyəti haqqında”. 3-cü məsələ “Şəhər Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta sisteminin tətbiqi ilə əlaqədar görülən işlər barədə “Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru A.Sultanovun hesabatı” olmuşdur. Məsələ ətrafında çıxışçılar çıxış etdikdən sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə və tapşırıqlarını verdi.