Mingəçevir şəhər İcra Hakimiyyətində YAP şəhər təşkilatı sədrinin təqdimatı oldu
Fevralın 11-də Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında YAP şəhər təşkilatı sədrinin təqdimatı keçirilmişdir. Təqdimat tədbirini şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov açaraq qeyd etdi ki, 2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayında Partiyanın 18 maddədən ibarət yeni Nizamnaməsi qəbul edilmişdir. Yeni Nizamnamədə yeni tapşırıqlar və yeni hədəflər müəyyən edilmişdir.
Ötən il sentyabr ayında keçirilən YAP Şəhər Təşkilatının hesabat seçki yığıncağından sonra Cavanşir Yusubov Şəhər Təşkilatının sədrliyini müvəqqəti icra etmiş, bu il yanvar ayının 28-də YAP İdarə Heyəti tərəfindən o Mingəçevir şəhər təşkilatının sədri vəzifəsinə təsdiq edilmişdir. Bu günkü yığıncağımızın da məqsədi onun təqdimatının keçirilməsidir.
Mingəçevir Dövlət Universitetinin baş müəllimi Mirzə Cavadov, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, Şəhər ağsaqqallar şurasının sədri Akif Hacıyev çıxış edərək YAP Mingəçevir təşkilatının sədri Cavanşir Yusubov haqqında fikirlərini açıqladılar. Bildirdilər ki, Cavanşir Yusubov uzun illərdir YAP şəhər təşkilatının sədri kimi fəaliyyət göstərir və özünü bu sahədə doğruldur. Onun bu fəallığını və işgüzarlığını nəzərə alaraq YAP idarə heyəti Cavanşir müəllimi yenidən Mingəçevir şəhər təşkilatına sədr təyin etmişdir. Bu bizim ürəyimizdəndir və ona bu yolda uğurlar arzulayırıq. Əminik ki, o, bu etimadı gələcək fəaliyyətində əməli işi ilə doğruldacaq.
Təqdimat mərasimizndə YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov onun ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirdi və YAP idarə heyətinin üzvlərinə göstərilən etimada görə təşəkkür etdi. Qeyd etdi ki, Mingəçevir şəhərində 1993-cü il fevralın 13-də yaradılmış YAP şəhər təşkilatı böyük idarəçilik təcrübəsinə malikdir. Burada çalışıb, işləyən yaşlı nəslimizin nümayəndələri partiyanın ətrafında sıx birləşərək, onun daha böyük uğurlar qazanmasına dəstək durublar. Bu gün şəhər İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilən tədbirlər bunu bir daha sübut edir. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə partiyada çalışmaq, onun tapşırıq və tövsiyyələrini layiqincə yerinə yetirmək bizim əsas məqsəd və məramımızdır. Bu yolda hər bir partiya üzvünə uğurlar arzuladı.
Tədbirə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı cənab İlham İsmayılov yekun vuraraq bildirdi ki, Yeni Azərbaycan Partiyasının sədri Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə YAP aparıcı bir partiya kimi ölkəmizin möhkəmlənməsinə, tanınmasında, hərtərəfli inkişafına öz töhfəsini verir. Bu yolda bütün partiya üzvləri öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Hamı bu partiyaya hörmətlə yanaşmalı və həmişə partiyaya dəstək olmalı, partiya tədbirlərində yaxından iştirak etməli və işlərinə öz köməkliyini göstərməlidir.