Mingəçevir Gənclər Evində Gənclərlə görüş keçirildi
Fevralın 2-də Gənclər Günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının gənclərlə görüşü keçirildi. Görüşə gənclərlə yanaşı ictimai təşkilatların sədrləri, qazilər dəvət olunmuşdular. Tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli qeyd etdi ki, 25 ildir ölkəmizdə gənclər günü qeyd olunur. Bu müddət ərzində gənclərə həsr olunmuş 4 Dövlət proqramı icra olunub. Bu proqramlara əsasən gənclərin fəal həyat mövqeyi yüksəlmiş, onlara göstərilən diqqət və qayğı artırılmışdır. Bu gün Azərbaycan gəncləri dövlətin idarə olunmasında fəal iştirak edir, əməli işləri ilə ona dəstək dururlar. O, gəncləri Gənclər günü münasibətilə ürəkdən təbrik etdi.
Görüşdə şəhər İcra Hakimiy-yətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış etdi. Öncə vətən müharibələrində şəhid olan igidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Şəhid ailələrinə və tədbirdə iştirak edən qazilərə, bütövlükdə bütün qazilərimizə cansağlığı və şəfa dilədi. 1997-ci ildən ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan gənclər gününün hər il böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, gənclərimiz ulu öndər hakimiyyətə gələnə qədər pərakəndə həyat keçirir, çətin dövrdə yaşayırdılar. Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gələn ulu öndər bütün bunlara son qoymaq üçün gənclərə diqqət və qayğını artırdı. Dövlət proqramının hazırlanmasına təkan verdi. Ulu öndərin layiqli davamçısı İlham Əliyev prezident seçildikdən sonra gənclərin fəallığının artırılmasına daha böyük qayğı ilə yanaşdı. Hakimiyyətdə olduğu illər ərzində Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna xidmətlər göstərdi. Məhz bu səbəbdən Azərbaycan gəncliyi düşmən tapdağı altında olan torpaqları-mızın azad olunmasında böyük nailiyyətlərə sahib oldu.
İ.İsmayılov daha sonra qeyd etdi ki, bu gün Mingəçevirdə 28 minə qədər gənc var. Onlardan 22 mini əmək qabiliyyətli gənclərdir. 10 min 600 nəfər gənc isə əmək cəbhəsində çalışır. İcra başçısı gənclərin işlə təmin olunması məsələlərinə də toxundu. Bildirdi ki, bu istiqamətdə şəhərdə böyük işlər həyata keçirilir. Yeni sənaye parkının, özəl şirkətlərin, iş yerləri açmaları üçün tədbirlər görülür. Bununla əlaqədar aparılan görüşləri, söhbətləri diqqətə çatdırdı, şəhərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs etdi. Yaxın vaxtlarda şəhərdə genişmiqyaslı işlərin aparılacağını bildirdi.
Mingəçevir gənclərinin əldə etdiyi uğurlara diqqət yönəldən icra başçısı qeyd etdi ki, təhsildə, idmanda, eləcə də digər sahələrdə əldə olunan uğurlar bizi sevindirir. O, gəncləri Gənclərı günü münasibətilə təbrik etdi. Görüşdə maraqlı təkliflər və çıxşlar səsləndirildi. İcra Hakimiyyətinin başçısı yüksək nailiyyətlər əldə edən gənclərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etdi.