Şriftin ölçüsü :

Saytın rəngi :

25 yanvar 2022-ci il tarixində şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti onlayn iclası keçirildi.

25 yanvar 2022 | 16:00

25 yanvar 2022-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir. İclasın gündəliyində 4 məsələ olduğu bildirildi və bu məsələlər ətrafında çıxışçılara söz verildi.  Gündəlikdə duran 1-ci məsələ “Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın və İcra Hakimiyyəti başçısı aparatının 2022-ci il üçün iş planının təsdiqi  haqqında,  2-ci məsələ .“ Mingəçevir şəhəri üzrə dövlət büdcəsinin 2022-ci il üçün təsdiq olunmuş gəlir və xərcləri haqqında”. 3-cü məsələ  “Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının  2021-ci ilə dair hesabatı”, 4-cü məsələ “Mingəçevir şəhəri İcra Hakimiyyətinə 2021-ci ildə daxil olmuş sənədlərlə işin, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması vəziyyətə haqqında” olmuşdur.  Məsələ ətrafında çıxışçılar çıxış  etdikdən  sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə  və  tapşırıqlarını verdi.

Keçidlər