Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətində 2014-cü ilin 9 ayının hesabat yığıncağı keçirilib

16 oktyabr 2014 | 15:00

Mingəçevir şəhər İcra Hakimiyyətində 2014-cü ilin 9 ayında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq qeyd edib ki, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində birinci Avropa yay Olimpiya oyunlarına hazırlıqla bağlı şəhərdə geniş miqyaslı quruculuq abadlıq işləri aparılır. Hazırda H.Əliyev parkı və meydanı əsaslı yenidən qurulur, 20 hündürmərtəbəli yaşayış binasının fasadı müasir materiallarla üzlənir, rənglənir və işıqlandırma qurğuları quraşdırılır. “Şəhidlər xiyabanı”nda əsaslı yenidənqurma işləri davam edir. Şəhərdə müasir rəqəmsal işıqforların quraşdırılması yekunlaşmaq üzrədir. Şəhərdaxili avtomobil yolları genişlənir və yeni asfalt örtük salınır. Səkilərin, park və  xiyabanların hərəkət sahələrinə müasir daş örtük döşənir. İşıqlandırma sistemi əsaslı yenidən qurulur.
      Şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə başçının birinci müavini İlham İsmayılov geniş məlumat verib. Daha sonra idarə, müəssisə və təşkilat rəhbərləri çıxış edərək görülən işlər barədə hesabat veriblər.
       Hesabatda görülən işlərlə yanaşı problemlər də qeyd edildi və bildirildi ki, onların həlli istiqamətində lazımi tədbirlər görülür.

 

 

 

Keçidlər