Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində abadlıq işləri davam etdirilir.

19 yanvar 2022 | 16:00

2022-ci ildə Mingəçevir şəhərində abadlıq, mənzil fondunun  və asfalt örtüyünün təmiri işləri davam etdirilir.  Şəhərin Nizami parkında (H.Əliyev prospektindəki, Şüşə-lifi zavodunun arxa hissəsində prospektin sağ hissəsində yerləşən avtomobillərin təmiri sexinə aparan yoldan karxanaya gedən yoladək olan hissəsində) abadlıq işləri; C.Əliyev küçəsi 14, 18, 22, 26, Y.Mansurov küçəsi 1 ünvanlarında binanın dam örtüklərinin, giriş bloklarının və fasadların təmiri işləri; H.Z.Tağıyev, Vaqif, Vidadi, Şəhriyar küçələrində yol bardörlərinin arxasına torpağın verilməsi və M.Rəhimov küçəsində asfalt örtüyünün təmiri işləri həyata keçirilmişdir.

 

Keçidlər