Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin mingəçevirlilərə müraciəti.

19 yanvar 2022 | 16:00

   Əziz Mingəçevirlilər !

Mingəçevir şəhər İcra Hakimiyyəti olaraq biz xeyli müddətdir ki, əhalinin vaksin olunmağa cəlb edilməsi məqsədi ilə təbliğat və təşkilatçılıq işləri ilə məşğuluq. Məqsəd COVİD-19 virusuna qarşı əhalinin vaksin olunmaqla, sağlamlığını qorumaqdır. Bu istiqamətdə müəyyən işlər aparılmış, xeyli irəliləyiş əldə olunmuş, əhalinin müəyyən hissəsi vaksin olunmuşdur. Hazırda buster dozanın qəbul edilməsi ilə bağlı işlər aparılır. Biz hesab edirik ki, Mingəçevirlilərin sağlamlığını qorumaq üçün bu işlər davam etdirilməli, əhali vaksin vurulmasında fəallıq göstərməlidir. 
 Dünyanın bir çox ölkələrində COVİD -19-un yeni və daha güclü forması olan OMİCRON ştamı yayılmışdır.  Bu ştamın şəhər sakinlərinə zərər vurmaması üçün hamımız fəallıq göstərməli və vaksin olunmalıyıq. 


 

Keçidlər