Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetində “Taleyimizə nur saçan müzəffər lider”mövzusunda elmi konfrans keçirildi.

24 dekabr 2021 | 16:00

Dekabrın 24-də Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anadan olmasının 60 illiyinə həsr olunmuş “Taleyimizə nur saçan müzəffər lider” mövzusunda elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə açan universitetin rektoru Şahin Bayramov konfransın məram və məqsədindən bəhs edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik etdi.
Konfransda universitetin professoru, iqtisad elmləri doktoru Veysəl Əyyubov, dossent, siyasi-elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova, tələbə Qaya Cəfərov, 11 saylı musiqi məktəbin direktoru Vüsal Məmmədov çıxış etdilər. Konfransda cənab İlham Əliyevin həyat və fəaliyyətinin bir hissəsini əks etdirən videoçarx nümayiş olundu, tələbələrin və 11 saylı musiqi məktəbi kollektiv üvlərinin iştirakı ilə musiqi proqramı səsləndi. Universitetin rektoru Şahin Bayramov konfransın işinə yekun vuraraq iştiakçılara minnətdarlığını bildirdi.

Keçidlər