Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi
Mingəçevir Şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkil etdikləri bayram tədbirində müəlimləri əlamətdar gün münasibəti ilə Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri ədəbi-bədii kompozisiya ilə salamlayıblar. Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da təhsil işçilərinə təbriklərini çatdırıblar. Niyazi Bayramov müəllim əməyinə verilən yüksək qiymətdən söz açıb və bildirib ki, 19 saylı tam orta məktəbin müəllimi Könül Mustafayeva Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Səmərəli pedaqoji fəaliyyətlərinə görə bir qrup müəllimə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbir boyu rəqs nömrələri, şən-şux mahnılar, poeziya nümunələri bir-birini əvəz edib.