Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Türkiyədən əməliyyatdan qayıdan qazini ziyarət edib.

09 dekabr 2021 | 16:00

       Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə   yaralanmış əsgər və zabitlərin ailələri mütəmadi olaraq evlərində ziyarət edilir, şəhid və qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq yardımları çatdırılır.
      Bu gün də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları Türkiyədən əməliyyatdan qayıdan qazi Məmmədov Məhəmmədi ziyarət ediblər. İlham İsmayılov qazi ilə görüşündə  44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanmasından, Zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından söz açıb. Başçı qazinin sağlamlığı ilə maraqlanıb. 44 günlük Vətən müharibəsində sağ gözünü itirən və bir ayağından ağır yaralanan Məhəmməd artıq əlil arabasından azad olaraq qismən də olsa öz sağlamlığına qovuşub. Qazi onu   narahat edən bəzi problemlərini dilə gətirib.
     Qeyd edək ki, Məhəmmədov Məmməd “Yaşat” fondunun dəstəyi ilə Türkiyədə həm gözündən, həm də ayağından əməliyyat olunub. Bununla bağlı qazi onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edib, şəhər rəhbərliyinə və ictimaiyyətinə təşəkkürlərini bildirib. Qazinin həyat yoldaşının işlə təminatı da qeydiyyata götürülüb.

Keçidlər