Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısının şəhid ailələrini ziyarəti davam edir

24 noyabr 2021 | 16:00

       Şəhidlərin ildönümü ilə əlaqədar Mingəçevir şəhər rəhbərliyinin şəhid ailələrini ziyarəti davam edir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu bu ziyarətlərdə şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin məsul şəxsləri müşayət edirlər. Ziyarət zamanı hər bir ailəyə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunur.
      Noyabrın 24-də növbəti belə ziyarət şəhid Qurbanov Tərxan Zabit oğlu, şəhid Cumuzadə Təbriz İldırım oğlu və şəhid Ağakişiyev İlkin Elxan oğlunun ailəsinə edildi. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və hüquq-mühafizə orqanlarının rəhbərləri hər bir  şəhidin xatirə lövhəsinə baxış keçirərək, qarşısında ehtiramla baş əydilər.
     Şəhid ailələri ilə görüş zamanı prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın  Anım Günündə keçirilən paradda şəxsən iştirak etmələrini şəhid olan qəhrəmanlarımızın ruhu qarşısında duyduqları dərin hörmət və ehtiram hissinin təzahürü olduğunu bildirən İcra başçısı, əlavə etdi ki, bütün dövlət qurumlarının birmənalı şəkildə şəhid ailələrinin problem və qayğıları ilə maraqlanması, öz səlahiyyətləri daxilində bu məsələləri həll etmələri prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin tərkib hissəsidir.
      Ənənəvi olaraq şəhər rəhbəri şəhid ailələrinin üzvlərinin problemləri ilə maraqlandı, onları narahat edən məsələlərə aydınlıq gətirdi. Şəhid Qurbanov Tərxanın atasının işlə təmin edilməsinə köməklik göstərilməsi xahişinə cavab olaraq İcra başçısı 20 saylı ərazi Məşğulluq Mərkəzinin rəhbərliyi ilə əlaqə saxlayaraq qısa müddətdə şəhid atasının işlə təmin olunmasını xahiş etdi. Bildirildi ki, Şəhid Qurbanov Tərxanın anası özünüməşğulluq proqramına cəlb edilib və yaxın vaxtlarda onun üçün tələb olunan avadanlıqlar gətiriləcək, atası isə qısa müddətdə işlə təmin olunacaq.
     Şəhid Ağakişiyev İlkinin atası Elxan Ağakişiyevin ixtisasça musiqi müəllimi olan qızının ixtisası üzrə işlə təmin olunması xahişinə cavab olaraq isə, Mədəniyyət Nazirliyi ilə əlaqə saxlanıldı və yaxın vaxtlarda bu məsələnin həll olunacağı bildirildi.
Eyni zamanda, İcra başçısı İlkin Ağakişiyevin ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunduğu “Cəsur döyüşçü” medalını onun atasına təqdim etdi.

Keçidlər