Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə YAP Mingəçevir şəhər təşkilatı bir neçə tədbir keçirdi.

21 noyabr 2021 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu  ildönümü münasibətilə YAP Mingəçevir şəhər təşkilatının bir neçə tədbiri keçirildi.
     Tədbirlər Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçəklərin qoyulması ilə başladı.
     Sonra Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatının ağac əkmə kampaniyası şəhərin Heydər Əliyev prospektində, Samux küçəsində həyata keçirilmişdir.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmaylov, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, partiyanın fəalları ictimaiyyət nümayəndələri, mətbuat təmsilçiləri iştirak etmişdir.
     Ağac əkmə kampaniyasından sonra YAP şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə videoformatda konfrans keçirilmişdir. Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir ŞİH başçısı İlham İsmayılov və Qadınlar Şurasının sədri Nurcamal Əsgərova çıxış etdilər

 

Keçidlər