Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdən şəhidlərin adının əbədiləşdirilməsində təqdirəlayiq addım

20 noyabr 2021 | 16:00

Mingəçevir İcra Hakimiyyətinin təşəbbüsü ilə 1-ci və 2-ci Qarabağ müharibələrində şəhid olmuş mingəçevirli şəhidlərə həsr edilmiş “Əbədiyyətə qovuşanlar”” adlı kitab işıq üzü görüb. Nəfis tərtibatda dərc edilmiş kitabda hər iki savaşda iştirak etmiş və şəhid olmuş mingəçevirli qəhrəmanların hər birinin həyat hekayəsi təsvir olunur.
     İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun ümumi rəhbərliyi həyata keçirilmiş layihəyə əsasən birinci Qarabağ müharibəsində şəhid olmuş 316 nəfər və II Qarabağ müharibəsində şəhid olmuş 51 nəfər şəhidin həyat və fəaliyyəti, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar və təltifləri barədə bəhs toplanmış materiallar, bir kitabda cəmlənərək Mirsədi Daşdəmirov və Mətanət Məmmədovanın müəllifliyi ilə qələmə alınaraq bir kitaba toplanmışdır.
     Noyabrın 19-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən “Əbədiyyətə qovuşanlar”” kitabının təqdimatında şəhid valideynləri, ailələri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri toplanmışdılar. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüqiq-mühafizə orqanlarının rəhbərləri də təqdimat mərasimində iştirak edirdilər. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təqdimat mərasimini açaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra Vətən müharibələrində iştirak edərək canları, qanları ilə vətənin müdafiəsinə qalxaraq şəhid olan igidlərimiz, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirərək zəfər qələbələri əldə etməsi barədə geniş məruzə ilə çıxış etdi. Şəhidlərimiz haqqında yazılan “Əbədiyyətə qovuşanlar” kitabının yüksək tərtibatla oxuculara təqdim olunmasını təqdirəlayiq hal kimi dəyərləndirən şəhər rəhbəri, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş işlərin aparılacağını söylədi. İcra başçısı eyni zamanda, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığını ifadə etdi.
      Tədbirdə “Əbədiyyətə qovuşanlar” kitabının müəlliflərindən biri “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədri Əlağa Bəndəliyev, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Məxluq Həsənov, iki şəhid anası Sevinc Əhmədova çıxış edərək kitab haqqında öz fikirlərini bölüşmüş,belə bir kitabın dərc olunmasının şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində atılmış təqdirəlayiq addım kimi qiymətləndiriblər.
      Daha sonra “Əbədiyyətə qovuşanlar”” kitabı iştirakçılara təqdim olundu.
      Təqdimetmə mərasimindən sonra İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlərinin rəhbərləri ilə birlikdə ildönümü tamam olan şəhidlərimiz Məmmədov Ruslan İbrahim oğlu və Cəfərli Ruslan Nəcəf oğlunun ailələrini ziyarət etdi. Ənənəvi olaraq, şəhər rəhbəri şəhid ailələrinin sosial-məişət problemləri ilə maraqlandı, onları narahat edən məsələlərə aydınlıq gətirdi. Şəhid ailələrinin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqətdən məmnun olduqlarını bildirdilər və buna görə prezident İlham Əliyevə təşəkkürlərini bildirdilər. İlham İsmayılov eyni zamanda İcra Hakimiyyəti tərəfindən ərsəyə gətirilən şəhidlərimizə həsr olunmuş “Əbədiyyətə qovuşanlar”” kitabı barədə şəhid valideynlərinə məlumat verərək kitabı şəxsən onlara təqdim etdi.

Keçidlər