Şəhid ailələrinin ziyarəti davam edir.
20 noyabr 2021 | 16:00
Mingəçevir şəhərində qəhrəman şəhidlərimizin ailələrinin ziyarəti davam edir. Ziyarət zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin rəsmi şəxsləri müşayət edirdilər. Qeyd edək ki, ziyarət zamanı, həmçinin, hər bir şəhid ailəsinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.