Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev meydanında Bayraq Günü qeyd olundu.

09 noyabr 2021 | 16:00

      Prezident İlham  Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilib. Bu Sərəncama görə 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət başçısının 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncamına əsasən həmin ilin dekabrında Dövlət Bayrağı Meydanının təməli qoyulub, 2010-cu il sentyabrın 1-də isə Dövlət Bayrağı Meydanının təntənəli açılış   mərasimi olub. İnşa olunmuş bayrağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Məhz bundan sonra respublikamzın hər bir regionunda bayraq meydanlarının yaradılması ənənəsinin əsası qoyulub.
     Dövlətimizin başçısı 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirib: “Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. "
Artıq ikinci ildir ki, xalqımız Bayraq Gününü qələbə təntənəsi ilə qeyd edir. Ötən il , 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarımızın azad olunması Azərbaycan Dövlətinin qələbəsi ilə başa çatdı və bu qələbəni bizlərə bəxş edən dövlətimizin başçısı, Milli Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevə, Azərbaycan ordusunun rəşadətli əsgər və zabitlərinə minnətdarlıq hissimiz sonsuzdur.
     Mingəçevir şəhər Heydər Əliyev meydanında Bayraq Günü münasibətilə keçirilən təntənəli mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, Hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, media təmsilçiləri iştirak edirdilər. Meydana Azərbaycanın 3 rəngli bayrağı gətirildikdən sonra dövlət himnimiz səsləndirildi. Şəhər Uşaq Gənclər  İnkişaf Mərkəzinin dərnək üzvlərinin, məktəblilərin təqdim etdiyi ədəbi-bədii kompozisiya, musiqiçilərin ifa etdikləri mahnı çələngi, balacların rəngarəng rəqsləri alqışlarla qarşılandı. Göylərdə dalğalanan 3 rəngli, 5 ulduzlu möhtəşəm bayrağımız hər kəsin qəlbində fərəh hissi yaradırdı. Qalib dövlət olan odlar yurdunun  vətəndaşlarının bu gün öyünməyə haqqı var. Çünki, xalqımız hər zaman ədalətin, sülhün tərəfdarı olub və bu da bizim dövlətimizi inkişafa, tərəqqiyə doğru aparacaqdır.

Keçidlər