Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər bayramına həsr olunmuş idman yarışlarına yekun vuruldu

06 noyabr 2021 | 16:00

Sentyabrın 29-da Mingəçevir şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, şəhər Təhsil şöbəsi, Mingəçevir Gənclər Evi ilə birlikdə “Zəfərə gedən yol” devizi altında müxtəlif növ idman yarışlarına start vermişdilər.
Noyabrın 5-də Yaşar Məmmədzadə adına şəhər stadionunda idman yarışlarının yekunlarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və digər əlaqədar idarə və təşkilatların rəhbərləri iştirak edirdilər. Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli tədbiri açaraq idman yarışlarının gedişatı haqqında məlumat verdi və gənclərin uğurlarından söhbət açdı. Bu maraqlı tədbirin iştiarkçılarına və təşkilatçılarına minnətdarlığını ifadə etdi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək 44 gün davam edən zəfər dolu ikinci Qarabağ müharibəsindən və bu müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun qələbələrindən bəhs etdi. Bildirdi ki, bu qələbə Azərbaycan xalqının qarşısında daha böyük perspektivlər açmış və bu gün Qarabağ bölgəsində böyük abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Zəfər gününə həsr olunmuş idman yarışları ölkəmizin hər yerində olduğu kimi Mingəçevir şəhərində də böyük razılıq hissiylə həyata keçirilir. İdmançılar öz nailiyyətlərini Zəfər bayramına töhfə edirlər. Bu gün fəxrlə deyə bilərəm ki, turnirdə iştirak edən ali, orta ixtisas, texniki-peşə və ümumtəhsil orta məktəblərin tələbə və şagirdləri bu idman yarışlarında nəyə qadir olduqlarını nümayiş etdirə biliblər. Odur ki, bütün qaliblərlə yanaşı, idmanın təşkilatçılarına, məşqçilərinə və hər bir idmançıya dərin təşəkkürümü bildirirəm.
Tədbirdə qalib komandaların hamısına diplomlar təqdim olundu.
Sonda xatirə şəkilləri çəkdirildi.

Keçidlər