Şriftin ölçüsü :

Saytın rəngi :

28 oktyabr 2021-ci il tarixində şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti onlayn iclası keçirildi.

28 oktyabr 2021 | 16:00

28 oktyabr  2021-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir. İclasın gündəliyində 4 məsələ olduğu bildirildi və bu məsələlər ətrafında çıxışçılara söz verildi.  Gündəlikdə duran 1-ci məsələ “Mingəçevir şəhər icra Hakimiyyəti başçısı yanında Şura üzvlüyünə dəyişiklik  edilməsi haqqında”.,  2-ci məsələ .“2021-ci ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”. 3-cü məsələ  “Mingəçevir şəhərində ümumi orta təhsilin və uşaqların təhsilə cəlb olunmasının vəziyyəti barədə Təhsil şöbəsinin rəhbərinin hesabatı”, 4-cü məsələ “Daxil olan korrespondensiyanın qəbul edilməsi, ərizə, şikayətlərlə və xidməti sənədlərə şöbələr tərəfindən baxılması vəziyyəti haqqında” olmuşdur.  Məsələ ətrafında çıxışçılar çıxış  etdikdən  sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə  və  tapşırıqlarını verdi.

 

Keçidlər