QAZİLƏRLƏ GÖRÜŞ
Mingəçeri şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə 2020-ci ildə, 30 ildən sonra işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsində həlak olan şəhidlərin ailələri ilə görüşlər keçirilir, qazilərlə görüşlər təşkil edilir. Belə görüşlərdən biri də oktyabr ayının 28-də Mingəçevir şəhərindəki Dövlət Rəmzləri Muzeyində baş tutub. Mənzuil Təsərrüfatı və Abadlaşdırma idarəsi , Mənzil Kommunal Təsərrüfatı Kombinatının, MİS-lərin ərazilərində yaşayan uşaqlarhərbi vətənpərvərlik mövzularında keçirilən görüşlərin davamı olaraq “44 günün qəhrəmanları” adlı tədbirdə vətən müharibəsində iştirak edən qazilərlə görüşüblər. bir müddət əvvəl uşaqlar arasında “Əsgərlərə təşəkkür məktubu” aksiyası keçirilib. Uşaqların yazdıqları məktublar görüş zamanı qazilərə verilib. Həmçinin yeniyetmələrin əl işləri və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. 1 nömrəli MİS-in ərazisində yaşayan , 10 nömrəli orta məktəbin şagirdi Bəhruz Nəcəfovun tullantılardan hazırladığı hərbi maketlər diqqəti cəlb edib. uşaqların hazırladıqları kompozisiya maraqla qarşılanıb. Qazilər onlara verilən sualları cavablandırıb, xatirələrindən danıçıblar. Tədbirdə birinci və ikinci Qarabağ Müharibələrində həlak olan şəhidlərimizin xatirəsi anılıb. Balacalar böyüyəndə vətənin keşiyində dayanacaqlarını ifadə ediblər.