Şriftin ölçüsü :

Saytın rəngi :

“Gec qalmayın, gənc qalın!” adlı layihə icra edildi

30 sentyabr 2014 | 15:00

“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi 30 sentyabr 2014-cü il tarixdə Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gec qalmayın, gənc qalın!” adlı layihənin icrası ilə əlaqədar “İlk Tibbi Yardım” adlı tədbir keçirmişdir.
      Tədbiri giriş sözü ilə açan birliyin sədri Elçin Manafov layihə haqqında gəncləri maarifləndirdi. Daha sonra həkim-reanimatoloq Nigar Bəkirova gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda  ilk yardım göstərilməsi haqqında məlumat verdi.
      Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və şəkillər çəkdirildi.

 

 

 

 

 

 

 

Keçidlər