Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin ziyarəti davam edir

22 oktyabr 2021 | 16:00

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhidlərin ildönümü ərəfəsində şəhid ailələrini ziyarəti davam edir. Növbəti belə ziyarət oktyabrın 22-də şəhidlərimiz Əhmədov Yasən Elmar oğlu və İbişov Nicat Vasif oğlunun ailələrinə edilib. İlham İsmayılovla yanaşı şəhərin hüquq-mühafizə orqanlarının rəhbərlərii və İcra Hakimiyyətinin rəsmi şəxsləri də şəhid ailələrinin ziyarətində iştirak edirlər. Ziyarət zamanı şəhid ailələrinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.
Budəfəki ziyarətdə yaddaqalan məqamlardan biri şəhid anası Samirə xanıma İbişov Nicat Vasif oğlunun Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən layiq görüldüyü medalın təqdim edilməsi oldu. “Suqovuşanın azad olunmasına görə” medalını şəhid anasına təqdim edən şəhər rəhbəri “Oğlunuz hər birimiz üçün  qürur mənbəyidir. Prezident cənab İlham Əliyev hər bir qəhrəmanımızı diqqətdə saxlayır və onların igidliyini qiymətləndirir” - deyə vurğuladı.
Şəhid ailələrini ziyarəti zamanı İcra başçısı onlara başsağlığı verir, hal-əhval tutur və qarşılaşdıqları problemlərlə maraqlanır. Şəhid ailələrinin üzvləri göstərilən diqqətdən məmnun olduqlarını dilə gətirməklə yanaşı, buna görə dövlət başçısı prezident İlham Əliyevə təşəkkür ediblər.

Keçidlər