Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir İcra Hakimiyyəti ən fəal dövlət orqanı kimi təltif olundu

06 oktyabr 2021 | 16:00

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıqda həyata keçirilən pilot layihə olan Onlayn İctimai Nəzarət Platformasının məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə dair (yol, infrastruktur, abadlıq və s.) vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır.
     Onlayn İctimai Nəzarət Platforması və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) iyun ayında istifadəyə verilən E-Nəzarət Platformasının (www.enezaret.az) rüblük ilkin nəticələrini açıqlayıb. Rübün nəticələrinə əsasən, vətəndaşların müraciətlərinə baxılması baxımından fəal olduğu müəyyən edilən 13 dövlət qurumu arasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin də adı yer alır. Digər dövlət orqanları isə, “Azərsu”, Bakı şəhər İH, Bakı Nəqliyyat Agentliyi, “Azərişıq”, Xətai İH, Dövlət Yol Polisi İdarəsi, Yasamal İH, Nizami İH, Sabunçu İH, Xəzər İH, Azərbaycan Avtomobil Yolları Agentliyi və Gəncə İH.
       Bu münasibətlə Mingəçevir İcra Hakimiyyəti xüsusi diplompa təltif edilib və diplom İcra Hakimiyyətinin başçısı İlham İsmayılova təqdim olunub.

 

Keçidlər