Şriftin ölçüsü :

Saytın rəngi :

Başçı Müəllimlər Günü münasibətilə müharibə iştirakçısı olan təhsil işçiləri və qabaqcıl müəllimlərlə görüş keçirdi

05 oktyabr 2021 | 16:00

5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətondə Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri və bir qrup qabaqcıl müəllimlə şəhər rəhbəri İlham İsmayılovun görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan İlham İsmayılov öz çıxışına ulu öndər Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” kəlamıyla başlayıb. O, Vətən müharibəsi iştirakçıları olmuş müəllimlərə üzünü tutaraq onların ikiqat qəhramanlıq nümayiş etdirdiklərini vurğulayaraq bildirib ki, “Siz həyatınızı müəllimliyə həsr etməklə yanaşı, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə zəfərlə başa çatmış Vətən müharibəsində iştirak etməklə ikiqat qəhrəmanlıq nümunəsi göstərirsiniz”.
     Azərbaycanda təhsilin inkişafının birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən İcra başçısı, prezident İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində təhsilin inkişafının keyfiyyətcə yeni mərhələyə adladığını söyləyib. Başçının sözlərinə görə, birinci vitse-prezident Mehriban xanım Əliyeva da təhsilə diqqətini heç vaxt əsirgəməmiş, onun təşəbbüsü ilə Mingəçevir də daxil olmaqla ölkəmizin bir çox yerlərində yeni-yeni məktəblər tikilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
      5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbirdə iştirak edən müəllimlərin timsalında Mingəçevirn bütün təhsil ictimaiyyətini təbrik edən İcra başçısı onlara bu fədakar əməklərinə görə təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən şəhər Təhsil şöbəsinin müdiri əvəzi Zamik Cəbiyev, Texniki humanitar lideyin direktoru Nailə Məmmədova, 1 nömrəli tam orta məktəbin Çağırışaqədərki hərbi hazırlıq müəllimi, Vətən müharibəsi iştirakçısı Amid Abbasov və qabaqcıl müəllim Könül Aydın ölkə rəhbərliyinin təhsil sahəsinə olan diqqət və qayğısından söz açıb, bu diqqətə cavab olaraq daha da əzmlə çalışacaqlarını və bundan da böyük nailiyyətlərə imza atacaqlarına söz veriblər.
İcra Hakimiyyətinin başçısı İlham İsmayilov 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə prezident İlham Əliyev tərəfindən Əməkdər müəllim adı ilə təltif olunanlar arasında şəhər 19 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi              Könül Aydının olduğunu qürurla vurğulayaraq onu təbrik edib, və ölkə rəhbərinin bu təltifini ümumilikdə Mingəçevir təhsilinə verilən yüksək dəyərinin təzahürü kimi qiymətləndirib.
Tədbirin sonunda müharibə İcra başçısı müharibə iştirakçılarına bayram münasibətilə hədiyyələr təqdim edib.

Keçidlər