Şəhidlərin Anım Günü münasibətilə 600-dən çox ağac əkildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən hər il sentyabr ayının 27-si şəhdlərin anım günü kimi qeyd olunur. Bu mühüm tədbiri yüksək səviyyədə qeyd etmək məqsədilə Mingəçevir şəhəri İcra Hakimiyyətində hazırlıq işləri görülmüş, bir sıra yaddaqalan tədbirlər müəyyənləşdirilmişdir. Başlıcası şəhidlərin ruhunu yad etmək, onların xatirəsini əbədiləşdirmək məqsədilə yaşadıqları binaların önündə ucaldılmış xatirə bulaqları və lövhələri ətrafına yaşıllıqlar salmaq daha məqsədəuyğun hesab edildi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, YAP Mingəçevir şəhər təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri, şəhid cəmiyyətlərinin sədrləri, könüllülər, mətbuat və ictimaiyyət nümayəndələri tədbirdə iştirak edirdilər. Sentyabr ayının 25-də baş tutan tədbir Əlağa Vahid 4-də xatirə bulağı, Nəriman Nərimanov 33 və 41 nömrəli binaların yanındakı xatirə bulaqları, İsmət Qayıbov küçəsindəki 2 nömrəli binanın yanındakı xatirə bulağı və lövhənin Heydər Əliyev prospektində Kür Elektron Avadanlıqları zavodunun sol tərəfindəki ərazidə, Toxuculuq kombinatının yaxın ərazisində, Samux küçəsi boyunca ərazilərdə və eləcə də Azərbaycan İES ərazisində ağaclar əkildi, şəhidlərin ruhuna dualar oxundu. Tədbirdə şəhid valideynləri və ailə üzvləri iştirak edirdilər. Ümumilikdə həmin gün şəhidlərin ruhuna 600-dən çox ağac əkildi.