24 sentyabr 2021-ci il tarixində şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti onlayn iclası keçirildi.
24 sentyabr 2021-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir. İclasda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov Şuranın iclasını açıq elan edərək gündəlikdə 3 məsələ durduğunu bildirdi və bu məsələlər ətrafında çıxışçılara söz verdi. Gündəlikdə duran 1-ci məsələ “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar Mingəçevir şəhərində görülən işlərin vəziyyəti haqqında Gənclər və İdman İdarəsinin rəisi K.Nəcəflinin hesabatı”., 2-ci məsələ . “Dövlət mənzil fondunun qorunub saxlanması haqqında”. 3-cü məsələ “Memarlıq və tikinti şöbəsinin 2021-ci ildə həyata keçirdiyi tədbirlər haqqında” olmuşdur. Məsələ ətrafında çıxışçılar çıxış etdikdən sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə və tapşırıqlarını verdi.
(2).jpg)
.jpg)






