Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə şəhidin xatirəsinə inşa olunan bulağın açılışı olub.

13 sentyabr 2021 | 16:00

 
Mingəçevirdə 44 günlük Vətən müharibəsi şəhidi Nəcəfli Oruc Rövşən oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub. Bulaq  şəhidin yaşadığı binanın qarşısında   inşa olunub.
Açılış mərasimində şəhidin ailəsi , şəhid anaları, cəbhə yoldaşları,məktəblilər və oxuduğu universitetin(MDU) tələbə-müəllim heyəti  iştirak ediblər. .
Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri təşkil edən “Nur”dəstək qrupunun üzvüləri çıxış edərək  İkinci Qarabağ müharibəsində 30 illik işğal altında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışıblar . Qeyd edək ki,şəhid O.Nəcəfli 1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. O.Nəcəfli 1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. O, 2007-ci ildə Mingəçevir Politexnik İnstitutunda  (indiki Mingəçevir Dövlət Universiteti) “İnformatika və hesablama texnikası” ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul olub və 2011-ci ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Kəşfiyyatçı vəzifəsində hərbi xidmətdə olduğu bir il ərzində hər zaman yüksək fiziki hazırlığı ilə fərqlənib. Oruc Nəcəfli 2011-2012-ci illərdə  Azərbaycan Silahlı Qüvvələrinin  Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda, həmçinin Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə savaşan Oruc Nəcəfli oktyabrın 17-də Suqovuşanda   şəhid olub. Noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.  Azərbaycan Prezidenti İlham Əliyevin15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Nəcəfli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Din xadimləri dualar oxuduqdan sonra şəhid anaları bulağın üstündəki örtüyü götürüblər. Oğul həsrətindən xəstə düşmüş Ana-Flora Nəcəfova bu bulaq  onun üçün ziyarət yeri  olacağını bildirib.Əməyi olan hər kəsə minnətdarlıq bildirib. Açılış mərasiminə  Bakı şəhərindən 258 saylı məktəbin 15 yaşlı şagirdi,gənc rəssam İsayev Ayxan Elşən oğlu da qatılıb.Onlar ailəliklə öz vəsaitləri hesabına 44 günlük vətən müharibəsində şəhid olan bütün şəhidlərin hər birinə xatirə  çələng hazırlayıblar.  Ayxan tədbirdə Mingəçevirdən olan 51 şəhidin ailə üzvülərinin hər birinə xatirə  çələngini  təqdim edib.Gənc rəssamın atası Elşən İsayev bildirdi ki,burdan sonra Gəncə və Ağstafa şəhidlərinin də çələngələrini təqdim edəcəklər.  Bu xeyirxah işlərinə görə şəhid anaları gənc rəssamı alıqşlayıblar. Torpaqlarımızın azad edilməsi, vətənimizin bütövlüyü uğrunda canından və qanından keçərək müqəddəs şəhidlik məqamına yüksəlmək ən böyük şərəf və qürur hesab edilir. MDU-nun məzunu Nəcəfli Oruc Rövşən oğlunun da taleyinə Vətən müharibəsində qeyrət, hünər və qəhrəmanlıq simvolu olan şəhidlik zirvəsinə qovuşmaq yazılıb.Onun 2 yaşlı qız övladı bizlərə yadigar qaldı.

 


 

Keçidlər