Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdə pay sahibi olanların xatirəsini əbədiləşdirmək üçün ölkədə ilk dəfə Mingəçevirdə ”Vətən fədailəri” abidəsi ucaldılıb.

08 sentyabr 2021 | 16:00

Mingəçevirdə böyük Zəfərin şərəfinə ucaldılan abidənin açılışı oldu.
Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdə pay sahibi olanların xatirəsini əbədiləşdirmək üçün ölkədə ilk dəfə Mingəçevirdə” Vətən fədailəri” abidəsi ucaldılıb.  Bu gün Mingəçevir yaşayış massivində (Mingəçevir kəndi)abidənin açılış mərasimi keçirilib.  Mərasimdə “Vətən fəadiləri”adlandırılan abidəni ucaldan və layihəsini işləyib hazırlayan təşkilatçı, kənd sakinlərindən biri Ehtibar Əhmədov  çıxış edərək  qeyd edib ki,  kəndimiz  vətənpərvərlik, birlik nümayiş etdirərək bu abidəni ucaltdı: “Bundan əvvəldə  2003-cü ildə Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə abidə ucaltmışdı. Hər bir vətəndaşın bizə bu zəfəri yaşadan igid oğullarımıza borcu var. Qarabağ uğrunda Vətən müharibəsində qazanılan müqəddəs Qələbədən keçir bu günün Azərbaycanın yüksəlişi, milli istiqlalımızın tale yolları. Biz də kənd sakinləri vətən oğullarına o borcun kiçik bir hissəsini ödəməkdən ötrü bu təşəbbüsü göstərdik”.
Açılış mərasimində iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı İlham ismayılov abidənin açılışını etdikdən sonra çıxış edərək bildirib ki,doğurdan da bu gün burada tariximiz üçün vətənpərvərlik addımı istiqamətində bir tədbir keçirilir. Qeyd edib ki,biz vətən üçün canından keçən igidlərimizi daima yaşatmalıyıq, onlar bizim qəlbimizdə,ürəyimizdə yaşamalıdırlar:”Mən hər bir şəhid valideyini qarşısında baş əyirəm ,siz ən yüksək ehtirama,ada layiqsiniz.Təşəkkürümü bildirirəm bu abidəni ərsəyə gətirən kənd sakinlərinə . Bu abidənin qarşısında baş əymək hər bir azərbaycanlının borcudur”.
Daha sonra açılış mərasimində iştirak edən şəhid anaları,kənd ağsaqqalları və Mingəçevir Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi  gələcək nəsillər üçün  bir örnəkdir deyiblər. Həmçinin ,Zəfər yürüşündə qəhrəman oğullarımızın igidliyindən söhbət açıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazi bütövlüyümız təmin edildi,  şəhidlərimizin qisası alındı.
Qeyd edək ki,Mingəçevir kəndinin vətənpərvər oğulları Qarabağ savaşında canla-başla iştirak edib. Mingəçevir kəndindən ikinci Qarabağ müharibəsində 104 nəfər iştirak edib.Ondan 5 nəfəri şəhid olub. Birinci Qarabağ müharibəsində isə kənddən 107 nəfər iştirak edi, onlardan 12 nəfəri şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Sonra abidə ziyarət edilib, önünə  tər çiçəklər düzülüb. Başçı  vətənpərvərliyə, qəhrəmanlığa həsr edilən stendlərə də  baxış keçirib. 


 

Keçidlər