Şriftin ölçüsü :

Saytın rəngi :

Ad günləri bir tarixdə qeyd olunan Vətən oğulları.

30 avqust 2021 | 16:00

  Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
        Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.Ölümü ilə əbədilik qazanan qəhrəman şəhidlərimizdən  bu gün ikisinin doğum günləri bir tarixdə olan , eyni gündə və eyni istiqamətdə Şəhid olan Mingəçevirli Şəhidlərimiz Əzəmi Hüseynov və Nurlan Məmişovun  onlarsız keçən doğum günləridir .  Yan-yana dəfn edilərək onlar öz cənnətlərində uyuyurlar. Bizlər bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək oldu. Bundan sonra da örnək olacaqdır.Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Əzəmi 3 bacının bir qardaşı idi. Əzəmi son mesajında da anasına,bacılarına,həyat yoldaşına ümidlər vermişdi.Arzularından da danışmışdı.Əslən Şuşalı idilər. Ən böyük arzusu Şuşa alınanda bayrağımızı Şuşaya asmaq və sonrada Şuşadakı evlərini ziyarət etmək idi.Bu gün  onları hamı ağlayırdı , şəhid analarının  fəryadı yeri-göyü sarsıdırdı.
Şəhidin  mövlüdüna Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhidin doğmaları,əsgər yoldaşları,şəhid valideyinləri, şəhidin oxuduğu MDU-nun müəllim,tələbə kollektivi də iştirak ediblər. Şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edən Sahib Əliyev  şəhər rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.

      Qeyd edək ki, Əzəmi 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Mingəçevir Dövlət Universitetinində  (MDU) təh sil alıb.
      Əzəmi Hüseynov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Çavuşu Əzəmi Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əzəmi Hüseynov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzəmi Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzəmi Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Valideynləri Zərdablı olan Məmişov Nurlan
44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biridir .
Nurlan 29.08.2000-ci ildə Mingəçevir şəhərində anadan olub.
Müharibə zamanı pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib.
08.09.2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə .Suqovuşanın azad
olunması medalı ilə təltif edilib.

Keçidlər