Şriftin ölçüsü :

Saytın rəngi :

24 avqust 2021-ci il tarixində şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti onlayn iclası keçirildi.

24 avqust 2021 | 16:00

24 avqust  2021-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir. İclasda  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov Şuranın iclasını açıq elan edərək gündəlikdə 4 məsələ durduğunu bildirdi və bu məsələlər ətrafında çıxışçılara söz verdi.  Gündəlikdə duran 1-ci məsələ “2021-2022-ci  illərin payız-qış mövsümünə hazırlıqla bağlı şəhərin  idarə, müəssisə və təşkilatlarında icrası nəzərdə tutulan tədbirlər haqqında”,  2-ci məsələ “Şəhərin işıqlanma sisteminin vəziyyəti haqqında İşıqlanma idarəsinin hesabatı” 3-cü məsələ “Mingəçevir şəhərində  poçt və rabitə xidmətlərinin təhlili, müasir xidmət növlərinin tətbiqi istiqamətində görülən tədbirlər haqqında”, 4-cü məsələ “Məktəbəqədər  tərbiyə  müəssisələrinin  fəaliyyəti  və onların texniki  təminatının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər haqqında” olmuşdur.  Məsələ ətrafında çıxışçılar çıxış  etdikdən  sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə  və  tapşırıqlarını verdi.

 

Keçidlər