Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Məzunlarla görüş oldu.

17 avqust 2021 | 16:00

Avqust ayının 17-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər məzunları ilə görüş keçirmişdir. Pandemiya şəraitini nəzərə alaraq  görüşə 650 baldan yuxarı nəticə əldə edən Texniki Humanitar lisey, Təbiət Təbiət-Riyaziyyat Humanitar Elmlər təmayüllü lisey, 1,7,8,9,10,12,17, və 18 saylı məktəblərin məzunları dəvət olunmuşdur. Görüşdə məzunlarla yanaşı şəhər ictimaiyyəti nümayəndələri və məktəb direktorları da iştirak edirdi.
     Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək məzunları qazandıqları uğurlar münasibətilə təbrik etdi, ölkəmizin indiki şəraitdə yüksək səviyyəli kadrlara böyük ehtiyacı olduğunu bildirdi. Xüsusəndə azad olunmuş torpaqlarımızda yeni yaradılan müəssisələrə xüsusi təhsili olan kadrlara böyük ehtiyac vardı. Mingəçevir gənclərinin daim vətənpərvərlik ruhunda böyümələrində təhsil işçilərinin xüsusi rolunu qeyd etdi. Görüşdə çıxış edən məktəb direktorları və ictimaiyyət nümayəndələri məzunlara uğurlar arzuladılar. Çıxış edən məzunlar ölkə başçısına və şəhər rəhbərliyinə, müəllimlərinə diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Məzunlara qiymətli hədiyyələr təqdim olundu.
Sonda xatirə şəkli çəkildi.

Keçidlər