Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə daha bir dekorativ fəvvarənin açılışı olub.

17 avqust 2021 | 16:00

Mingəçevir Heydər Əliyev parkında dekorativ fəvvarənin açılış mətasimində şəhər ziyalıları,sakinlər iştirak ediblər.  Heydər Əliyev parkında  qeyri-adi bir qələbəlik vardı. Şəhər sakinləri  dəstə-dəstə   yenidən qurulmuş Heydər Əliyev parkına axışırdılar. Yüksək zövqlə bərpa edilən parkdakı yeniliklər hər kəsdə razılıq doğurur, adamlarda xoş ovqat yaradırdı. İsti yay gününün bürküsündən sonra rəngbərəng işıqları sayrışan fəvvarənin, şırıltısı həzin musiqi ilə   ətrafa qeyri-adi bir sərinlik çökdürdü.Qeyd edək ki,  fəvvarə 200 kv.m sahədə işıq effektləri ilə əhatə olunub. Açılış mərasimində çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki,bu fəvvarənin layihəsini Yesuntuki şəhərindən gətirmişik.Burada yaradılan hər bir gözəllik mingəçevirlilər üçündür:” Ulu əcdadlarımızın uzun illər boyu göz bəbəyi kimi qoruyaraq bizə, bugünkü  nəsillərə ərməğan etdikləri Mingəçevir şəhəri hazırda özünün gözəlliyi ilə dünyanın bir çox şəhərləri ilə yanaşı durur. Bu gün  belə demək mümkünsə, Mingəçevir inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu inkişaf  şəhərimizə  yolu düşən hər kəsi heyran qoyur.  Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Bu gün Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev tərəfindən həm Azərbaycanımıza, həm də  Mingəçevir şəhərinə, onun zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici dövlətlərdən ölkəmizə  gələn, bu inkişafı, gözəlliyi  görən insanların hamısı etiraf edir. Bir sözlə, bizim məqsədimiz şəhər əhalisinə xidmət etməkdir və şəhərimizdə  yenidənqurma, tikinti-abadlıq işləri davam etdirilir. Yeni parklar, xiyabanlar, salınır, yaxud köhnə parklar o qədər zövq və  müasir üslubda yenidən qurulur ki. Çünki bura bizim Vətənimiz, bura bizim yaşadığımız məkandır”.
     Bu gözəlliyi  seyr edən şəhər sakinləri də “Bu parka gəlirik, dincəlirik və zövq alırıq” deyərək   bildirdilər ki, şəhərin mənzərəli yerlərində dincəlir, heç olmasa bir neçə saat qayğıdan uzaq oluruq dedilər.

     Parkda dincələnlər  hər gün parka istirahət etməyə gəlirik deyirlər. Onlar bildirdilər  ki, öz gözəlliyi ilə sakinləri heyran edən bu istirahət guşəsi istifadəyə verildiyi ilk gündən diqqətləri üzərinə toplayıb. Təqaüdçü  Aslan Əliyev deyir ki,mən yaxınlıqda yaşadığım üçün hər gün buraya gəlirəm. Çünki burada insan təbiətdən zövq alır. Gördüyünüz kimi park çox gözəldir. Bu fəvvarə də bu gözəlliyə daha bir rəngarənglik qatıb. Burada vaxt keçirmək həm mənə, həm də nəvələrimə çox yaxşı təsir edir. Burada əkilən güllərdən xüsusi zövq alıram. Şəhərin mərkəzində olmasına baxmayaraq, burada sakitlik hökm sürür və gözəlliyi ilə insanın zövqünü oxşayır. Biz ömrümüzün çox hissəsini sürmüşük, pis-yaxşı nə isə görmüşük. Bir vaxtlar televiziyalarda, kinolarda gördüyümüz gözəl-gözəl parklar bu gün doğma Mingəçevirimizdə istifadəyə verilir. Bu da onlardan biridir. Qoy, uşaqlar, gənclər istirahət edib dincəlsinlər. Bu parkı belə gözəl şəkildə yenidən qurub istifadəyə verənlərə təşəkkür düşür.  Çox sağ olsunlar”.
      Qeyd edək ki,fəvvarənin açılmasında daha çox sevinən uşaqlar oldu.


 

Keçidlər