İcra Hakimiyyəti başçısı aparatda təcrübə keçən könüllüləri qəbul edib, onlara sertifikatlarını təqdim edib
Respublika Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”na və "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 26 yanvar 2015-ci il tarixli Sərəncamına müvafiq olaraq gənclər siyasəti respublikamızın hər yerində olduğu kimi Mingəçevirdə də uğurla yerinə yetirilir. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.
Mingəçevir Şəhər İcra Hakimiyyəti bu silsilədə olan 12-cu dəfə (hərəsi 2 ay müddətində olmaqla) könüllülərini yola salır. Bu gün İcra Hakimiyyəti başçısı İlham İsmayılov aparatda təcrübə keçən könüllüləri qəbul edib, onlara sertifikatlarını təqdim edib. Gənclər çıxışlarında bir çox biliklərə yiyələndiklərini, İH aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.
İcra başçısı İlham İsmayılov təcrübə keçən könüllülərin təəssüratlarını öyrəndikdən sonra sonra bildirib ki,bilirsiniz ki, Azərbaycanda bu yeni könüllük institutu kimi formalaşıb bu fəaliyət haqqında qanun da var hər bir gənc rəsmi fəaliyyətə başlamazdan əvvəl könüllü kimi dövlət qurumlarında olub və bu da onun gələcəkdə əmək fəaliyyətində müsbət rol oynayır:”Mən həmişə gənclərə tövsiyyə edirəm ki,könüllü kimi cəlb olunan şəxs bura gəldiyi gün fürsətdən istifadə etməlidir,iş prinsipini öyrənməlidir bununla bağlı tapşırıqlarımıda vermişəm. Bizim icra hakimiyyəti kimi məqsədimiz odur ki,bura cəlb olunan könüllülər vaxtını səmərəli keçirsin.Gələcək karyeranızda hər birinizə uğurlar arzulayıram”.