“Mingəçevir –2015” layihəsi uğurla davam edir
Bakı-2015 Avropa oyunlarının bir hissəsini təşkil edən Kanoe yarışlarının Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulub. Bu yarışlara dəstək üçün “Mingəçevir–2015” layihəsi çərçivəsində müxtəlif növ maarifləndirici treninq, seminar və ekskursiyalar təşkil olunur. Məqsəd Avropa oyunları qabağı bu idman növünə marağı artırmaq, bölgə gənclərini maarifləndirməkdir.
2 ay əvvəl icrasına başlanan layihə çərçivəsində Kür Olimpiya Tədris İdman Mərkəzinə (OTİM) ekskursiya edilib. Gənclər OTİM-lə yaxından tanışlıq olub və ekspertlərin məlumatlarını dinləyiblər. Eyni zamanda könüllülərin region gənclərindən ibarət qrupları da yaradılıb. Onlar Avropa oyunları zamanı təşkilat komitənin işinə yardım göstərəcək və çoxsaylı gəncləri bir araya gətirəcək. Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyələsi ilə gerçəkləşən layihə sentyabr ayı boyunca davam edəcək.