Şəhid Rüstəm İbrahim oğlu Məmmədovun doğum günü qeyd olundu
Bu gün şəhid Rüstəm İbrahim oğlu Məmmədovun dünyaya göz açdığı gündür. Yaşasaydı 23 yaşı olacaqdı. Bu gün onun doğum gününü məzarı başında doğmaları, hərbiçi yoldaşları, ictimayyət nümayəndələri və şəhid anaları, müəllimi,şagirdlər Rüstəmsiz qeyd ediblər.Ruhuna dualar oxunub,Allahdan bütün şəhidlərə rəhmət dilənilib. Hərbiçi yoldaşları onun igidliyindən söz açıblar.Anım tədbirində Mingəçevir şəhər İcra Hakimiyyəti və Göyçay rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları çıxış edərək şəhər İcra Hakimiyyəti başçıları adından şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyiblər. Rüstəm orta məktəbi qurtardıqdan sonra Sumqayıtda hərbi xidmət keçib, əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb.
İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərblə bağlayıb, MAXE kimi, qulluğa başlayıb, sentyabrın 27-dən də döyüşlərə atılıb…Və qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə Şəhid olub. Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb. Onu da arzuları vardı .Rüstəm əsgəri xidmətində olarkən atası dünyasını dəyişir.Ailənin bütün qayğıları Rüstəmin üzərində idi. Bacısı Könül xanıma çox bağlı idi.Həmişə deyərdi ki,sənin övladına yaxşı dayı olacağam. Bacısı ailə həyatı quranda çox sevindirdi. Deyirdi dayı olacağam. Təəssüflər olsun ki,şəhadətinin təsdiqləndiyi günü bacısının qız övladı dünyaya gəlir. Şəhidin anası Aynur xanım həyatında iki böyük zərbə alır. Həm həyat yoldaşını,həm də oğul itgisi ona çox təsir edir. Amma çətin də olsa dözürəm deyir. Biz şəhid anaları bir birimizdən güc alırıq,hamımızın dərdi eynidir deyirlər. Vətən sağ olsun .Övladlarımız 44 günlük Vətən müharibəsinin əsil qəhrəmanlarıdır. Təskinliyimiz torpaqlarımızın düşmən işğalından azad olunmasıdır deyirlər.
Qeyd edək ki, Şəhidimiz ölümündən sonra Ali Baş Komandan tərəfindən üç medalla-“Vətən uğrunda” ,“Suqovuşanın azad olunmasına görə” və”Cəsur döyüşçü”medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.